23 oktyabr 2024. Çərşənbə

Marselo Qarabağ'la oyunda iştirak etməyəcək


  • Avroliqa
  • 12:23 05.10.2022
  • Oxunma sayı: 197
Marselo Qarabağ'la oyunda iştirak etməyəcək

"Olimpiakos" komandasının ulduz futbolçusu Marselo Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyəcək.

Corner.az xəbər verir ki, bu barədə iddianı "Sportdog" nəşri irəli sürüb.

Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini "köhlən atlar"la matçda meydana buraxmaq niyyətində deyil. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir.

Belə olacağı təqdirdə, Marselo "Qarabağ"a qarşı oktyabrın 13-də Bakıdakı IV tur qarşılaşmasında da komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi