23 oktyabr 2024. Çərşənbə

Rəqibin hər bir futbolçusunun potensialını bilirik


  • Avroliqa
  • 18:08 05.10.2022
  • Oxunma sayı: 178
Rəqibin hər bir futbolçusunun potensialını bilirik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 50 yaşlı çalışdırıcı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bütün futbolçular oyuna hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Onun durumuna həkimlərin müayinəsindən sonra tam aydınlıq gələcək.
 
Rəqib komandada yeni baş məşqçi var. Yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox diqqətli olmalıyıq. Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız".
 
O, "Olimpiakos"dan hansısa futbolçunu fərqləndirmək istəmədiyini söyləyib: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. "Olimpiakos" kollektiv oyuna üstünlük verir. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazımi məlumatlar var".






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi