23 oktyabr 2024. Çərşənbə

Bu, komandamız üçün əlavə motivasiya olacaq


  • Avroliqa
  • 18:32 05.10.2022
  • Oxunma sayı: 150
Bu, komandamız üçün əlavə motivasiya olacaq
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 28 yaşlı qolkiper bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Güclü rəqiblə üz-üzə gələcəyik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin yaxşı oyunçuları, həmçinin çılğın azarkeşləri var. Uşaq vaxtı futbol oynayanda belə atmosferdə və stadionda meydana çıxmaq arzularımdan biri olub. Bu, komandamız üçün üçün əlavə motivasiya olacaq və bizə zövq verəcək”.
 
Sabah “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi