21 mart 2026. Şənbə

Qarabağ'a qalib gəlmək istəyirik


  • Avroliqa
  • 18:46 05.10.2022
  • Oxunma sayı: 159
Qarabağ'a qalib gəlmək istəyirik
“Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Yunanıstanda Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ev oyunundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 59 yaşlı çalışdırıcı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Qarabağ"a qalib gəlmək istəyirik. Bunu bacara bilərik.Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq.Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"