5 dekabr 2025. Cümə

Olimpiakos'un koreyalı hücumçusu Qarabağ'a qarşı oynayacaq


  • Avroliqa
  • 22:23 05.10.2022
  • Oxunma sayı: 146
Olimpiakos'un koreyalı hücumçusu Qarabağ'a qarşı oynayacaq
Yunanıstann “Olimpiakos” klubunun futbolçusu Hvan İy Co zədəsini sağaldıb. Corner.az xəbər verir ki, 30 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunda meydana çıxa biləcək.
 
Bu barədə komandanın baş məşqçisi Miçel Qonsales matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib. İspaniyalı mütəxəssis Cənubi Koreyadan olan futbolçunun tam sağaldığını və sabahkı qarşılaşmada forma geyinəcəyini bildirib.
 
Sabah keçiriləcək "Olimpiakos" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.






Avroliqa