5 dekabr 2025. Cümə

Qarabağ fanatları Pireydə yerli azarkeşlərin hücumuna məruz qaldı


  • Avroliqa
  • 23:19 06.10.2022
  • Oxunma sayı: 138
Qarabağ fanatları Pireydə yerli azarkeşlərin hücumuna məruz qaldı
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda yerli “Olimpiakos”un qonağı olan “Qarabağ”ı dəstəkləməyə gələn azarkeşlər yunan fanatların hücumuna məruz qalıblar. Corner.az xəbər verir ki, Yunanıstan klubunun fanatları "Qarabağ” azarkeşləri üçün ayrılmış tribunada yerini tutmuş azərbaycanlılara hücum çəkiblər, pirotexniki vasitələr atıblar.
 
Bu səbəbdən polislərin köməyinə ehtiyac duyulub. Onlar gözyaşardıcı qazdan istifadə edərək, ultrasları geri çəkilməyə məcbur ediblər. Sonra "Qarabağ" tərəfi işə müdaxilə edərək azarkeşlərimizin daha təhlükəsiz sektora keçirilməsinə nail olublar.






Avroliqa