23 oktyabr 2024. Çərşənbə

Qarabağ Olimpiakos'u da darmadağın etdi


  • Avroliqa
  • 06:49 07.10.2022
  • Oxunma sayı: 125
Qarabağ Olimpiakos'u da darmadağın etdi

"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, G qrupunda yer alan Ağdam təmsilçisi 3-cü tur çərçivəsində Yunanıstanda "Olimpiakos"un qonağı olub.

“Georgios Karaiskakis” stadionunda keçirilən matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edib. Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra isə rəqib qapısından 3 qol keçirən "köhlən atlar" darmadağına sevinib.

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edib. Bu oyunda isə meydan sahibləri ardıcıl üçüncü qələbəsini qazanıb.

Avropa Liqası
G qrupu
6 oktyabr

Olimpiakos - Qarabağ 0:3
Qol: K.Ovusu, 68. M.Veşoviç, 82. R.Şeydayev, 86.
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina).
Pirey, "Georgios Karaiskakis" stadionu.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi