29 yanvar 2026. Cümə axşamı

Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzində


  • Avroliqa
  • 09:12 07.10.2022
  • Oxunma sayı: 450
Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzində

UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunlarında ən yaxşı qapıçı qurtarışları bəlli olub.

Corner.az-ın məlumatına görə, bu barədə yarışın rəsmi tviter hesabı paylaşım edib.

Siyahıda "Qarabağ"ın çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyevin "seyv"i də yer alıb. 26 yaşlı qolkiper Yunanıstanda "Olimpiakos"a qarşı matçda Pep Bielin cərimə zərbəsindən fərqlənməsinə mane olub.

Qeyd edək ki, qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə bitib.







Avroliqa