5 dekabr 2025. Cümə

Qarabağ'a məğlubiyyəti unutmalıyıq


  • Avroliqa
  • 14:07 08.10.2022
  • Oxunma sayı: 154
Qarabağ'a məğlubiyyəti unutmalıyıq

"Məğlubiyyəti unutmalı, qısa zamanda bərpa olunmalıyıq".

Corner.az-ın məlumatına görə, bunu "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales evdə Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis futbolda belə hallar olduğunu bildirib: "Qarşıda OFİ-yə qarşı çempionat oyunumuz var. Keyfiyyətlərini və üstünlüklərini yaxşı bildiyimiz bir rəqibdir. Amma biz də "Olimpiakos"uq. Həmişə bütün oyunlarda qalib gəlməyə çalışmalıyıq".

Qeyd edək ki, "Olimpiakos" oktyabrın 9-da Yunanıstan Super Liqasının VII turunda OFİ-nin qonağı olacaq. Pirey təmsilçisi bundan 4 gün sonra isə Bakıda "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin IV tur oyununa çıxacaq.







Avroliqa