29 yanvar 2026. Cümə axşamı

Qarabağ'ın dünya reytinqindəki mövqeyi dəyişmədi


  • Avroliqa
  • 10:39 10.10.2022
  • Oxunma sayı: 152
Qarabağ'ın dünya reytinqindəki mövqeyi dəyişmədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Corner.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 305 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

Aktivində 130,5 xal olan "köhlən atlar"ın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu 91-ci pillədə qərarlaşıb.

İlk "3-lük"də 308 xalla "Palmeyras", 301 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 280 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.







Avroliqa