29 yanvar 2026. Cümə axşamı

Olimpiakos Bakıya itki ilə gəlir


  • Avroliqa
  • 11:40 10.10.2022
  • Oxunma sayı: 201
Olimpiakos Bakıya itki ilə gəlir
“Olimpiakos” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la IV tur oyunu öncəsi daha bir itki ilə üzləşib. Corner.az  xəbər verir ki, Yunanıstan çempionatının VII turunda OFİ ilə görüşdə müdafiəçi Qonzalo Avila sıradan çıxıb.
 
Pirey təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi matçın 38-ci dəqiqəsində zədələnərək əvəzlənən 24 yaşlı sağ cinah müdafiəçisinin durumu qeyri-müəyyəndir. Bu gün keçiriləcək tibbi müayinənin ardından ispan oyunçunun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.
 
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.






Avroliqa