23 oktyabr 2024. Çərşənbə

İspan futbolçu Qarabağ'la oyunu buraxacaq


  • Avroliqa
  • 23:28 10.10.2022
  • Oxunma sayı: 116
İspan futbolçu Qarabağ'la oyunu buraxacaq

Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Qonsalo Avilanın Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxacağı dəqiqləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bud əzələsindən zədələnən 24 yaşlı müdafiəçi tibbi müayinədən keçib və onun təqribən 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

İspaniyalı oyunçu avrokubok Bakıdakı qarşılaşma ilə yanaşı, Yunanıstan Super Liqasında PAOK-la VIII tur görüşündə də iştirak edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" oyunu saat 20:45-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi