23 oktyabr 2024. Çərşənbə

Kim olduğumuzu göstərməyin vaxtıdır


  • Avroliqa
  • 09:25 11.10.2022
  • Oxunma sayı: 162
Kim olduğumuzu göstərməyin vaxtıdır

"Artıq kim olduğumuzu göstərməyin vaxtıdır".

Corner.az "Sport-fm.gr" saytına istinadən xəbər verir ki, bunu Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağa"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl məşqdə futbolçulara deyib.

59 yaşlı mütəxəssis bildirib ki, artıq böyük nəticələr haqqında düşünməlidirlər.

Pirey təmsilçisinin təcrübəli müdafiəçisi Sokratis Papastatopulos OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur oyunundan sonra komanda yoldaşlarını bir araya yığaraq onlarla söhbət edib. 34 yaşlı oyunçu ardıcıl yaxşı nəticələr qazanmaq istədiklərini söyləyib.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi