23 oktyabr 2024. Çərşənbə

Xorvat futbolçu Qarabağ'la oyunda iştirak edə biləcək


  • Avroliqa
  • 11:47 11.10.2022
  • Oxunma sayı: 147
Xorvat futbolçu Qarabağ'la oyunda iştirak edə biləcək

Yunanıstanın "Olimpiakos" komandasının futbolçusu Şime Vrsalko Bakıda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda iştirak edə biləcək.

Corner.az "Redking" nəşrinə istinadən xəbər verir ki, OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur matçını xəstəlik səbəbindən buraxan 30 yaşlı müdafiəçi sıraya dönüb.

Xorvatiya millisinin üzvü artıq Pirey təmsilçisinin məşqlərinə qoşulub.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi