23 oktyabr 2024. Çərşənbə

UEFA növbəti dəfə Qarabağ'ı fərqləndirdi


  • Avroliqa
  • 15:20 11.10.2022
  • Oxunma sayı: 135
UEFA növbəti dəfə Qarabağ'ı fərqləndirdi

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib.

Corner.az yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.

Son 5 matçda qələbə qazanan "köhlən atlar" ilk "4-lük"də göstərilib.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Ağdam klubu keçirdiyi son 5 qarşılaşmanın hamısında qalibiyyət əldə edib.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 13-də Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.








Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi