5 dekabr 2025. Cümə

Sabah fərqli oyun nümayiş etdirəcəyik


  • Avroliqa
  • 17:57 12.10.2022
  • Oxunma sayı: 155
Sabah fərqli oyun nümayiş etdirəcəyik
Yunanıstanın “Olimpiakos” komandasının müdafiəçisi Usseynu Ba Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik. İlk matçdan sonra baş məşqçi bizimlə söhbət etdi. Sabah fərqli oyun nümayiş etdirəcəyik. Bütün diqqətimizi matça yönəldəcəyik və bacardığımız qədər aqressiv olacağıq ki, istədiyimiz nəticəni əldə edək".
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçına saat 20:45-də start veriləcək. Ağdam klubu səfərdə bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.






Avroliqa