23 oktyabr 2024. Çərşənbə

Qələbə qazanmasaq, çətin olacaq


  • Avroliqa
  • 18:10 12.10.2022
  • Oxunma sayı: 136
Qələbə qazanmasaq, çətin olacaq

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. 

Corner.az xəbər verir ki, 59  yaşlı çalışdırıcı bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

"Heyətdə dəyişiklik olacaq. İlk matçda 3 zədəli futbolçudan istifadə edə bilmədik. Qarşıdakı görüşləri də nəzərə alacağıq. Start heyətinə tam qərar verməmişəm.Bizim üçün həlledici matçdır. Bunu paltardəyişmə otağında hiss etmək olur. Qələbə qazanmasaq, çətin olacaq.Nəticə oyuna görə deyildi. İlk qoldan sonra özümüzü itirdik və hesab belə oldu.Ehtiyac olacağı təqdirdə onlar da bizə kömək etməyə hazırdır."

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçına saat 20:45-də start veriləcək. Ağdam klubu səfərdə bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi