23 oktyabr 2024. Çərşənbə

Qarabağ - Olimpiakos oyunu üçün əlavə biletlər satışa çıxarıldı


  • Avroliqa
  • 12:44 13.10.2022
  • Oxunma sayı: 134
Qarabağ - Olimpiakos oyunu üçün əlavə biletlər satışa çıxarıldı

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün əlavə biletlər satışa çıxarılıb.

Corner.az Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub.

Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də "28 mall" və "Gənclik mall" ticarət mərkəzlərində satılır.

Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar saat 17:00-adək fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi