24 noyabr 2024. Bazar günü

Bakıda kuboku qazanma ehtirasımız artıb - Azpilicueta


  • Avroliqa
  • 10:23 23.05.2019
  • Oxunma sayı: 508
Bakıda kuboku qazanma ehtirasımız artıb - Azpilicueta

"Uzun mövsümü major notda inamla başa vurma şansımız yaranıb. Ümidvaram ki, kuboku da qazana biləcəyik".

Corner.az-ın məlumatına görə, bunu İngiltərənin "Chelsea" komandasının kapitanı Sesar Aspilikueta Bakıda "Arsenal" ilə keçirəcəkləri UEFA Avropa Liqasının final matçı barədə danışarkən deyib.

İspaniyalı müdafiəçi bildirib ki, hədəf bu titula yiyələnməkdir: "Premyer Liqada məqsədimiz ilk "dördlük" vasitəsilə Çempionlar Liqasına vəsiqə idi və bunu bacardıq. Mövsümə yaxşı başladıq, Premyer Liqada lider idik, Liqa Kubokunda isə "Liverpool"u səfərdə yenərək, finaladək irəlilədik. Bununla da onları "Enfild"də cari mövsümdə məğlub edən yeganə komanda olduq. "Tottenham"a da qalib gəldik, amma finalda bəxtimiz gətirmədi. Avropa Liqasındakı hədəfimiz isə yarışın qalibi olmaq idi. Bir çox güclü komandanın finala yüksələ bilmədiklərini gördük. Əlbəttə, finala yüksəlməklə, bu istəyimiz artdı. Bu isə bizim Bakıda kuboku qaldırmaq ehtirasımızı artırıb".

30 yaşlı oyunçu komandadan ayrılacağı barədə şayiələr dolaşan Eden Hazard barədə də danışıb: "Mövsümün sonunda "Chelsea" barədə yayılan şayiələrdən xəbərdarıq. Həm baş məşqçi, həm də oyunçular haqda belə fikirlər səslənir. Bura Edenlə birgə gəlmişəm. O, təkcə meydanda yox, meydandan kənarda da klubun vacib fiquru idi. Klubumuzda onu özünü aparmasına görə sevirlər.Hazard ulduz futbolçumuz olsa da, çox sadədir, heç vaxt ağlını itirmir və buna bənzər hərəkətlərə yol vermir. Eden hər zaman "Chelsea"nin uğurlarına köklənib. Artıq bir neçə ildir hər yay barəsində çoxlu şayiələr dolaşır. Amma özü hər bir oyunda komandaya sevgisini nümayiş etdirir. O, mənim yaxşı dostumdur və burada mümkün qədər çox qalmasını istərdim".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.







Avroliqa