21 mart 2026. Şənbə

Tanınmış futbolçu Qarabağ'ın oyununu izləmək üçün Bakıya gəlib


  • Avroliqa
  • 22:15 13.10.2022
  • Oxunma sayı: 165
Tanınmış futbolçu Qarabağ'ın oyununu izləmək üçün Bakıya gəlib

Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Bakıya gəlib.

Corner.az məlumatına görə, bu barədə Azərbaycan millisinin skautu İlqar Qurbanov özünün instaqram səhifəsində paylaşım edib.

Əfsanəvi yarımmüdafiəçi bu gün Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu Tofiq Bəhramov adına Respublika stadionundan izləyir. 51 yaşlı veteran oyunçu hazırda Pirey təmsilçisinin idman direktoru vəzifəsində çalışır.

Qeyd edək ki, hazırda ikinci hissə davam edən "Qarabağ" - "Olimpiakos" matçında hesab açılmayıb.









Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"