5 dekabr 2025. Cümə

Qarabağ'da ciddi itki


  • Avroliqa
  • 22:31 13.10.2022
  • Oxunma sayı: 205
Qarabağ'da ciddi itki
"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Yunanıstan "Olimpiakos"una qarşı keçirilən oyunda ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Kadi Borges sıradan çıxıb.
 
26 yaşlı yarımmüdafiəçi ayağından xəsarət alıb. 10-cu dəqiqədə zədələnən braziliyalı oyunçu meydanda qalsa da, matçı sona çatdıra bilməyib. Onun yerinə meydana 62-ci dəqiqədə Filip Ozobiç daxil olub.






Avroliqa