- Avroliqa
- 01:59 28.11.2025
'Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib.
Bir həftə əvvəl Yunanıstanda keçirilən oyunda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yunanlara böyük hesabla (3:0) qalib gəlmişdi. “Olimpiakos” Bakıdakı görüşdə həm ilk oyunun revanşını almağa, həm də, qrup mərhələsində ilk xallarını qazanmağı hədəfləmişdi. “Köhlən atlar” isə doğma meydanda “Olimpiakos”u məğlub etməklə, Avropa Liqasında növbəti mərhələyə adlamaq şansını artıra bilərdi. Lakin təəssüf ki, bu oyunda qapılara qol vurulmayıb.
Bu gün G qrupunun digər matçında lider “Frayburq” Fransada “Nant”ın qonağı olub. Almaniya təmsilçisi rəqibini darmadağın edərək pley-offa vəsiqəni təmin edib - 4:0.
Avropa Liqası
G qrupu
13 oktyabr
Qarabağ – Olimpiakos 0:0
Hakimlər: Kreyq Pauson, Li Betts, Yan Hassin, Con Bruks (hamısı İngiltərə).
Bakı. T.Bəhramov adına Respublika stadionu.