- Avroliqa
- 15:52 28.01.2026
Avropa Liqasının qrup mərhələsində bu gün 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutub.
İngiltərə "Arsenal"ı səfərdə "Bodo Qlimt"in sınağı olub və minimal hesablı qələbə qazanıb. A qrupun digər matçında da PSV doğma meydanda İsveçrə "Sürix"i 5 cavabsız qolla məğlub edib.
Türkiyə təmsilçilərindən "Fənərbaxça" Kiprdə AEK (Larnaka) komandasının qonağı olub. İstanbul təmsilçisi çətin qələbə qazanaraq ilk iki pillədən birini təmin edib. B qrupunun digər matçında da Fransa "Renn"i Ukraynanın "Dinamo" (Kiyev) komandasına qalib gəlməklə oxşar uğura imza atıb.
Qonşu ölkənin digər komandası "Trabzonspor" doğma meydanda Fransa "Monako"sunu qəbul edib. Bu oyunda trabzonlular rəqibini 4 cavabsız qolla məğlub ediblər. H qrupunun digər matçında Serbiyanın "Srvena Zvezda" klubu Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu matçda da macarlar qələbə qazanıb.
İngiltərə "Mançester Yunayted"i doğma meydanda Kiprin "Omoniya" klubunu qəbul edib və minimal hesabla qalib gəlib. E qrupun digər oyununda İspaniya "Real Sosyedad"ı doğma meydanda Moldova "Şerif"ini 3 cavabsız qolla məğlub edib.
Qrup mərhələsində 4-cü turun oyunlarından sonra "Fənərbaxça" və “Renn”lə yanaşı, İspaniyanın "Real Sosyedad" və “Betis”, həmçinin Almaniyanın "Frayburq" komandaları da qrupdan çıxmağı təmin edib.
Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
13 oktyabr
A qrupu
Bodo Qlimt (Norveç) - Arsenal (İngiltərə) 0:1
Qol: Saka, 24.
PSV (Niderland) - Sürix (İsveçrə) 5:0
Qol: Qutyerres, 9. Veerman, 15; 55. Sanqare, 35. El-Qazi, 84.
Xal: Arsenal – 9. PSV – 7. Bodo Qlimt – 4. Sürix – 0.
B qrupu
AEK (Larnaka, Kipr) - Fənərbaxça (Türkiyə) 1:2
Qol: Triçkovski, 52-pen – J.Pedro, 16. Batşuayi, 80.
Dinamo (Kiyev, Ukrayna) - Renn (Fransa) 0:1
Qol: Vuh, 48.
Xal: Fənərbaxça – 10. Renn – 10. AEK – 3. Dinamo – 0.
C qrupu
Betis (İspaniya) - Roma (İtaliya) 1:1
Qol: Kanales, 34 – Belotti, 53.
Ludoqorets (Bolqarıstan) - HJK (Finlandiya) 2:0
Qol: Qropper, 39. Rik, 64.
Xal: Betis – 10. Ludoqorets – 7. Roma – 4. HJK – 1.
D qrupu
Yunion (Belçika) - Braqa (Portuqaliya) 3:3
Qol: Bonifeys, 20; 62. Vanzeir, 49 – Vitinya, 15; 36; 41.
Union Berlin (Almaniya) – Malmö 1:0
Qol: Knoxe, 89-pen.
Xal: Yunion – 10. Braqa – 7. Union Berlin – 6. Malmö – 0.
E qrupu
Mançester Yunayted (İngiltərə) - Omoniya (Kipr) 1:0
Qol: Maktominey, 90+3.
Real Sosyedad (İspaniya) - Şerif (Moldova) 3:0
Qol: Sörlot, 45+1. Riko, 66. Navarro, 81.
Xal: Real Sosyedad – 12. Mançester Yunayted – 9. Şerif – 3. Omoniya – 0.
F qrupu
Feyenoord (Niderland) - Midtyulland (Danimarka) 2:2
Qol: Timber, 32. Hançko, 48 – Martines, 16. Svyatçenko, 59.
Latsio (İtaliya) - Şturm (Avstriya) 2:2
Qol: İmmobile, 45-pen. Pedro, 71 – Bovinq, 56; 83.
Xal: Feyenoord – 5. Midtyulland – 5. Latsio – 5. Şturm – 5.
G qrupu
Qarabağ (Azərbaycan) - Olimpiakos (Yunanıstan) 0:0
Nant (Fransa) - Frayburq (Almaniya) 0:4
Qol: Kubler, 26. Qreqoriç, 71. Şade, 82. Yonq, 87.
Xal: Frayburq – 12. Qarabağ – 7. Nant – 3. Olimpiakos – 1.
H qrupu
Ferentsvaroş (Macarıstan) - Srvena Zvezda (Serbiya) 2:1
Qol: Zakariassen, 23. Mmae, 61 – Mitroviç, 55.
Trabzonspor (Türkiyə) - Monako (Fransa) 4:0
Qol: Sarr, 44-öz qapısına. V.Hüqo, 48. Bardi, 57. Trezeqe, 69.
Xal: Ferentsvaroş – 9. Trabzonspor – 6. Monako – 6. Srvena Zvezda – 3.