29 yanvar 2026. Cümə axşamı

AL-da həftənin oyunçusu adına 4 namizəd


  • Avroliqa
  • 09:24 14.10.2022
  • Oxunma sayı: 122
AL-da həftənin oyunçusu adına 4 namizəd
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu olmağa namizədlərin siyahısı açıqlanıb. Corner.az xəbər verir ki, həftənin oyunçusu adına ənənəvi olaraq 4 namizəd var.
 
Bunlar “Omoniya”nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman, “Şturm”un (Avstriya) hücumçusu Uilyam Bovinq və “Braqa”nın (Portuqaliya) forvardı Vitor Oliveyradır.
 
Həftənin ən yaxşısı azarkeşlər arasında UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.






Avroliqa