22 oktyabr 2024. Çərşənbə axşamı

Olimpiakos'un futbolçuları vaxtı uzadırdılar


  • Avroliqa
  • 12:30 14.10.2022
  • Oxunma sayı: 113
Olimpiakos'un futbolçuları vaxtı uzadırdılar

"İki oyun arasında elə bir fərq görmədim. Sadəcə, "Olimpiakos" Bakıda müdafiədən və daha sıx oynadı, bizə boş zonalar vermədi. Matçın sonlarında isə vaxtı uzadırdılar".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

26 yaşlı hücumçu rəqibdən belə oyun gözləmədiklərini bildirib: "Düşünürdük ki, hücum edib, qol vurmağa çalışacaqlar. Hətta cinah müdafiəçiləri belə, hücumlara qoşulmurdular. Tam qapanmışdılar".

Şeydayevin sözlərinə görə, qol imkanları olsa da, bəxtləri gətirməyib: "Amma 1 xal da bizim üçün yaxşı nəticədir".







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi