22 oktyabr 2024. Çərşənbə axşamı

Olimpiakos bizi yaxşı analiz etmişdi


  • Avroliqa
  • 12:32 14.10.2022
  • Oxunma sayı: 138
Olimpiakos bizi yaxşı analiz etmişdi

"Eyni komanda ilə ikinci oyunumuz idi. Bu matç bizim üçün daha çətin keçdi. Rəqib bizi yaxşı analiz etmişdi".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

31 yaşlı hücumameylli yarımmüdafiəçi çox qol şansı yaxalamadıqlarını bildirib: "Əlimizə düşən azsaylı imkanlardan istifadə etməyə çalışdıq. Amma heç-heçə oldu. Qarşıda daha 2 oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Matçdan sonra "Olimpiakos"un hücumçusu Abubakar Kamara ilə görüşən fransalı vinger Fransada ona qarşı oynadığını və yaxşı münasibətlərinin olduğunu bildirib: "Matçdan sonra söhbət etdik, oyun haqqında danışdıq. Dostum olduğu üçün ona yaxınlaşdım".

Almaniya "Frayburq"unun artıq qrupdan çıxdığını xatırladan təcrübəli oyunçu ən azı 2-ci yeri tutmağa çalışacaqlarını vurğulayıb: "Bunun üçün isə qrupdakı son iki matçımızı qələbə ilə başa vurmalıyıq".







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi