21 mart 2026. Şənbə

Avroliqa: Qarabağ - Olimpiakos oyunu ilk 5-likdə


  • Avroliqa
  • 15:04 16.10.2022
  • Oxunma sayı: 202
Avroliqa: Qarabağ - Olimpiakos oyunu ilk 5-likdə

Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Corner.az xəbər verir ki, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 31 200 tərəfdar izləyib.

Ən çox fanat isə "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

"Qarabağ" - "Olimpiakos" qarşılaşmasında qalib müəyyənləşməyib - 0:0.








Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"