22 oktyabr 2024. Çərşənbə axşamı

Avropa Liqası: Arsenal təxirə salınmış oyunda PSV-yə qarşı


  • Avroliqa
  • 09:14 20.10.2022
  • Oxunma sayı: 90
Avropa Liqası: Arsenal təxirə salınmış oyunda PSV-yə qarşı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turdan təxirə salınmış oyun keçiriləcək.

Corner.az-ın məlumatına görə, İngiltərə "Arsenal"ı doğma meydanda Niderlandın PSV komandas ilə qarşılaşacaq. A qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

London klubu 3 oyundan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. 7 xalı olan Eyndhoven isə 2-ci pillədə qərarlaşıb. "Topçular" bu görüşdə xal itirməyəcəyi halda, pley-off-a vəsiqəni təmin edəcək.

Qeyd edək ki, A qrupunda Norveçin "Budö Qlimt" və İsveçrənin "Sürix" klubları da mübarizə aparır.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II turdan təxirə salınmış oyun

20 oktyabr

21:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)

Xal durumu: "Arsenal" - 9 (3 oyuna), PSV - 7 xal (3 oyuna), "Budö Qlimt" - 4, "Sürix" - 0.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi