22 oktyabr 2024. Çərşənbə axşamı

Avroliqa: Arsenal pley-offda!


  • Avroliqa
  • 23:44 20.10.2022
  • Oxunma sayı: 113
Avroliqa: Arsenal pley-offda!

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turdan təxirə salınmış oyun keçirilib. Corner.az xəbər verir ki,  "Arsenal" doğma meydanda Niderlandın PSV komandasını qəbul edib.

A qrupu çərçivəsində baş tutan bu oyunda cəmi bir qol qeydə alınıb. Yeganə qolu 71-ci dəqiqədə Qranit Caka qonaqların qapısından keçirib.

“Topçular” bu qələbədən sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. London təmsilçisi pley-off-a vəsiqəni təmin edib. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb. 

A qrupunda Norveçin "Bodo Qlimt" və İsveçrənin "Sürix" komandaları da mübarizə aparır.

Avropa Liqası
A qrupu
20 oktyabr

Arsenal (İngiltərə) - PSV (Niderland) 1:0
Qol: Qranit Caka, 71.

Xal: Arsenal - 12, PSV - 7 xal, Bodo Qlimt - 4, Sürix - 0.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi