22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'a qalib gəlmək üçün hər şeyi edəcəyik


  • Avroliqa
  • 11:10 22.10.2022
  • Oxunma sayı: 124
Qarabağ'a qalib gəlmək üçün hər şeyi edəcəyik

"Qarabağ"la oyunda qələbə qazanmaq üçün vacib olan hər şeyi edəcəyik".

Corner.az-ın məlumatına görə, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Liqa 1-in XII turunda "Nitsa"ya qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis məqsədlərinin çempionatda ən azı 16-cı yeri tutmaq olduğunu bildirib: "Bu, elitada qalmağımıza kifayət edəcək. Lakin avrokuboklarda da qalib gəlmək arzusu ilə oynayacağıq. Hər görüşdə qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, oktyabrın 23-də "Nitsa"nın qonağı olacaq "Nant" oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edəcək. "Köhlən atlar" hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi