- Avroliqa
- 21:00 11.11.2024
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə çağırış edib.
Corner.az xəbər ki, AVRO-2020-nin səfirlərindən olan 46 yaşlı veteran yarımmüdafiəçi finalı izləmək üçün Azərbaycana gələcəyini söyləyib. “Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın” deyə o bildirib.
Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.