22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın Fransaya səfər proqramı açıqlandı


  • Avroliqa
  • 22:49 23.10.2022
  • Oxunma sayı: 106
Qarabağ'ın Fransaya səfər proqramı açıqlandı
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Nant” ilə qarşılaşacaq “Qarabağ” oktyabrın 25-də Fransaya yollanacaq. Corner.az xəbər verir ki, Ağdam təmsilçisini aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
 
Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
 
Oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” oyununa Bakı vaxtı ilə 23:00-da start veriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi