22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ Avropada xal itirməyən üç komandadan biridir


  • Avroliqa
  • 09:58 24.10.2022
  • Oxunma sayı: 165
Qarabağ Avropada xal itirməyən üç komandadan biridir

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 3-ə enib.

Corner.az-ın məlumatına görə, siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 10 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" (10), Yunanıstanda isə "Panatinaikos" (9) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Ukrayna çempionatının VIII turda "İnqulets"lə 2:2 hesablı heç-heçə edən "Dnepr-1" siyahıdan kənarda qalıb.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi