22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'la oyun vacibdir – Antuan Kombuare


  • Avroliqa
  • 14:10 24.10.2022
  • Oxunma sayı: 125
Qarabağ'la oyun vacibdir – Antuan Kombuare
“Qarabağ”la Avropa Liqasındakı oyun bizim üçün vacibdir”. Corner.az xəbər verir ki, bu sözləri “Nant”ın baş məşqçisi Antuan Kombuare Liqa 1-in 12-ci turu çərçivəsində “Nitsa” ilə 1:1 hesablı heç-heçə etdikləri səfər oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
 
O, avrokubok qarşılaşmasının onlara irəliləmək üçün imkan verəcəyini deyib:
 
“Bizim üçün daha önəmli olan çempionatdır. Növbəti bazar günü “Klermon”la üz-üzə gələcəyik. Əsas məqsədimiz rəqibi məğlub etməkdir. Lazım olan resursları tapacağıq. Biz geridönüş etmək üçün kifayət qədər güclüyük”.
 
Oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi