Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Nant”ın qonağı olacaq “Qarabağ” Fransaya çatıb. Corner.az xəbər verir ki, Ağdam təmsilçisini bu ölkədə yaşayan həmyerlilərimiz qarşılayıb.
Bildirək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23.00-da start veriləcək.
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib