5 dekabr 2025. Cümə

Qarabağ'la oyun finala bərabərdir - Antuan Kombuare


  • Avroliqa
  • 19:57 26.10.2022
  • Oxunma sayı: 168
Qarabağ'la oyun finala bərabərdir - Antuan Kombuare
Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik.
 
Bütün zədəlilər sıraya qayıdıblar. "Nitsa"ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik".
 
Sabah keçiriləcək “Nant” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.






Avroliqa