- Avroliqa
- 15:52 28.01.2026
"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi 5-ci tur çərçivəsində Fransada “Nant”ın qonağı olub.
Bu oyunda əldə ediləcək bir xal Qurban Qurbanovun komandasına Avroliqanın pley-off mərhələsinə çıxmaq üçün kifayət edəcəkdi. Məğlubiyyət isə bütün sualları son tura buraxmaq demək idi. Bu isə “Qarabağ” üçün sərfəli nəticə deyildi.
“Qarabağ” “Nant”la Bakıdakı ilk görüşündə 3:0 hesablı qələbə qazanmışdı. Fransa təmsilçisi indi həm həmin məğlubiyyətin əvəzini çıxmağı, həm də, qrupdan çıxmaq üçün son şanslarından istifadə etməyi hədəfləmişdi. Qarşılaşmada hesabı da ilk yarıda meydan sahibləri açıblar. Amma "Qarabağ" fasilədən sonra hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda isə daha bir qol vuran "Nant" qələbə qazanıb.
Qrupun digər oyununda lider “Frayburq” autsayder “Olimpiakos”u qəbul edib. Almaniya və Yunanıstan klublarının görüşündə qalib müəyyənləşməyib - 1:1.
Avropa Liqası
G qrupu
27 oktyabr
Nant (Fransa) – Qarabağ 2:1
Qol: L.Blas, 16. İ.Qanaqo, 90+4 - F.Ozobiç, 56-pen.
Baş hakim: Yakob Kehlet (Danimarka).
Nant. "Beaujoire" stadionu.