- Avroliqa
- 15:52 28.01.2026
Avropa Liqasının qrup mərhələsində bu gün 5-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, ümumilikdə 8 qrup üzrə 16 qarşılaşma baş tutub.
A qrupunda Arsenal səfərdən PSV-nin qonağı olub və məğlubiyyətlə üzləşib. "Sürix" isə doğma meydanda Norveçin "Bodo Qlimt" komandası üzərində qələbəyə sevinib.
Türkiyə təmsilçilərindən "Fənərbaxça" doğma meydanda "Renn"i qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. B qrupunun digər qarşılaşmasında AEK (Larnaka) Kiprdə Kiyev "Dinamo"su ilə ü qarşılaşıb. Maraqlıdır ki, bu oyunda da 6 qol qeydə alındığı halda tərəflər 1 xalla kifayətləniblər.
C qrupunda "Roma" səfərdə HJK-nin qonağı olub və inamlı qələbə qazanıb. İspaniya "Betis"i isə səfərdə "Ludoqorets" üzərində minimal hesablı qələbəyə sevinib.
E qrupunda "Mançester Yunayted" doğma meydanda "Şerif"i qəbul edib və darmadağına sevinib. İspaniyanın "Real Sosyedad" klubu isə səfərdə Kipr "Omoniya"sı üzərində qələbə qazanıb.
Qonşu ölkənin digər komandası "Trabzonspor" Serbiyada "Srvena Zvezda"nın qonağı olub və məğlubiyyətə üzülüb. H qrupunun digər matçında - "Ferentsvaroş"la "Monako"nun görüşündə isə qalib müəyyənləşməyib.
5 turdan sonra Türkiyənin "Fənərbaxça", İngiltərənin "Arsenal" və "Mançester Yunayted", Fransanın "Renn", Almaniyanın "Frayburq", İspaniyanın "Betis" və "Real Sosyedad", Niderlandın PSV, Macarıstanın "Ferentsvaroş" və Belçikanın “Yunion” klubları qrupdan çıxmağı təmin ediblər.
Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
27 oktyabr
A qrupu
PSV (Niderland) - Arsenal (İngiltərə) 2:0
Qol: Verman, 56. De Yonq, 63.
Sürix (İsveçrə) - Bodo Qlimt (Norveç) 2:1
Qol: Boraniyaşeviç, 67. Markezano, 90+4 – Pelleqrino, 45+1.
Xal: Arsenal – 12. PSV – 10. Bodo Qlimt – 4. Sürix – 3.
B qrupu
AEK (Larnaka, Kipr) - Dinamo (Kiyev, Ukrayna) 3:3
Qol: Altman, 26; 72. R.Lopes, 53 – Vanat, 45+1. Qarmaş, 82; 90+2.
Fənərbaxça (Türkiyə) - Renn (Fransa) 3:3
Qol: Valensiya, 42. Zayç, 82. E.Mor, 88 – Quiri, 5; 30. Terrye, 16.
Xal: Fənərbaxça – 11. Renn – 11. AEK – 4. Dinamo – 1.
C qrupu
Ludoqorets (Bolqarıstan) - Betis (İspaniya) 0:1
Qol: N.Fekir, 56.
HJK (Finlandiya) - Roma (İtaliya) 1:2
Qol: Hetemay, 54 – Abraham, 41. Hoskonen, 62-öz qapısına.
Xal: Betis – 13. Ludoqorets – 7. Roma – 7. HJK – 1.
D qrupu
Malmö (İsveç) - Yunion (Belçika) 0:2
Qol: Teuma, 10. Amani, 42.
Union Berlin (Almaniya) - Braqa (Portuqaliya) 1:0
Qol: Knoxe, 68-pen.
Xal: Yunion – 13. Union Berlin – 9. Braqa – 7. Malmö – 0.
E qrupu
Mançester Yunayted (İngiltərə) - Şerif (Moldova) 3:0
Qol: Dalot, 44. Reşford, 65. Ronaldo, 81.
Omoniya (Kipr) - Real Sosyedad (İspaniya) 0:2
Qol: Navarro, 45+2. Karrikaburu, 60.
Xal: Real Sosyedad – 15. Mançester Yunayted – 12. Şerif – 3. Omoniya – 0.
F qrupu
Latsio (İtaliya) - Midtyulland (Danimarka) 2:1
Qol: Milinkoviç-Saviç, 36. Pedro, 58 – İsaksen, 8.
Şturm (Avstriya) - Feyenoord (Niderland) 1:0
Qol: Kiteişvili, 90+3.
Xal: Latsio – 8. Şturm – 8. Feyenoord – 5. Midtyulland – 5.
G qrupu
Frayburq (Almaniya) - Olimpiakos (Yunanıstan) 1:1
Qol: Kubler, 90+3 – El Arabi, 17.
Nant (Fransa) - Qarabağ (Azərbaycan) 2:1
Qol: Blas, 17. Qanaqo, 90+5 – Ozobiç, 56-pen.
Xal: Frayburq – 13. Qarabağ – 7. Nant – 6. Olimpiakos – 2.
H qrupu
Ferentsvaroş (Macarıstan) - Monako (Fransa) 1:1
Qol: Zakariassen, 82 – Ben Yedder, 31.
Srvena Zvezda (Serbiya) - Trabzonspor (Türkiyə) 2:1
Qol: Katai, 37. Peşiç, 64 – Bakasetas, 39.
Xal: Ferentsvaroş – 10. Monako – 7. Trabzonspor – 6. Srvena Zvezda – 6.