22 oktyabr 2024. Çərşənbə axşamı

İnanıram ki, Qarabağ üzərində qələbə dönüş nöqtəsi olacaq


  • Avroliqa
  • 02:28 28.10.2022
  • Oxunma sayı: 131
İnanıram ki, Qarabağ üzərində qələbə dönüş nöqtəsi olacaq
Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Futbolda ayıq və təvazökar olmaq lazımdır. Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq. İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq”.
 
Onun sözlərinə görə, qapıçı Alban Lyafonun seyvləri komandasına qələbə qazandırıb: "Həmçinin İqnatius Qanaqonun qolu, daha əvvəl rəqib qapıçının oyunçumuza ötürməsini qeyd etməliyik. Bu istiqamətdə irəliləməyə davam etmək lazımdır”.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi