21 mart 2026. Şənbə

Qarabağ çox yaxşı komandadır


  • Avroliqa
  • 09:40 28.10.2022
  • Oxunma sayı: 193
Qarabağ çox yaxşı komandadır

"Rəqib həqiqətən çox yaxşı komandadır".

Corner.az-ın məlumatına görə, bunu "Nant"ın futbolçusu Lüdovik Blas Fransada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Görüşdə ilk qola imza atan 25 yaşlı yarımmüdafiəçi azarkeşlərin sonadək onlara dəstək olduğunu bildirib: “Olimpiakos”la qarşılaşmada olduğu kimi, yenə eyni şeyi etdik. Bütün bunlar “Nitsa” ilə oyundakı yüksək səviyyəli çıxışın mükafatıdır. Döyüşməyi sevirik".

Blas növbəti mərhələ şansları barədə də danışıb: "Püşkatmadan sonra hədəf qrupdan çıxmaq idi. İkinci yeri tutmağa çalışacağıq. “Qarabağ”la görüşdə olduğu kimi, son turda da inamlı olacağıq".







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"