22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ - Freyburq matçına nə qədər bilet qalıb?


  • Avroliqa
  • 22:50 30.10.2022
  • Oxunma sayı: 167
Qarabağ - Freyburq matçına nə qədər bilet qalıb?
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Frayburq" oyununa cəmi 7000 bilet qalıb. Corner.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
 
30, 31, 37 və 38-ci sektorlara olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.
 
Satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).
 
Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçına saat 21:45-də start veriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi