22 oktyabr 2024. Çərşənbə axşamı

Ozobiç Frayburq'la oyunda olmayacaq


  • Avroliqa
  • 17:08 31.10.2022
  • Oxunma sayı: 136
Ozobiç Frayburq'la oyunda olmayacaq
“Qarabağ”ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib. Corner.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunun  “Şamaxı” ilə oyununda (4:0) zədələnən yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib. 
 
Futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 
 
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq”la matçda oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.
 
“Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də keçiriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi