- Avroliqa
- 01:59 28.11.2025
"Qarabağ"la oyunda iştirakım çox yaxşı olardı".
Corner.az-ın məlumatına görə, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan təmsilçisi ilə qarşılaşacaq Almaniyanın "Frayburq" klubunun macarıstanlı futbolçusu Roland Şallai "Kicker" nəşrinə açıqlamasında deyib.
Uzun müddətli zədədən sonra sıraya dönən 25 yaşlı vinger Bakıdakı görüşdə meydana olmaq istədiyini bildirib: "Bu barədə baş məşqçi ilə danışmışam. Heyətdə yer alacağıma və ən azı 10-15 dəqiqə oynayacağıma ümid edirəm. Uzunmüddətli fasilədən sonra bundan artığını etmək çətindir".
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.