21 mart 2026. Şənbə

Qarabağ'la oyunda Frayburq'u nə qədər azarkeş dəstəkləyəcək?


  • Avroliqa
  • 12:30 02.11.2022
  • Oxunma sayı: 172
Qarabağ'la oyunda Frayburq'u nə qədər azarkeş dəstəkləyəcək?
Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun “Qarabağ” – “Frayburq” (Almaniya) görüşündə qonaq azarkeşlər də iştirak edəcəklər. Corner.az xəbər verir ki, bu barədə  klubun mətbuat xidməti açıqlama yayıb.
 
Bundesliqa təmsilçisinin yaydığı məlumata görə, sözügedən oyun üçün Bakıya 600 almaniyalı futbolsevər səfər edəcək.
 
Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Frayburq” matçına saat 21:45-də start veriləcək.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"