11 may 2026. Bazar ertəsi

Məqsədimiz qələbə qazanmaqdır


  • Avroliqa
  • 20:42 02.11.2022
  • Oxunma sayı: 170
Məqsədimiz qələbə qazanmaqdır
"Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Sabahkı oyunun ciddiyyətinin fərqindəyik. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik. Keyfiyyətli komandaya qarşı oynayacağıq. Məqsədimiz qələbə qazanmaqdır”.
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu matça saat 21:45-də start veriləcək.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"