11 may 2026. Bazar ertəsi

Tahir Gözəl Qurban Qurbanovla görüşdü


  • Avroliqa
  • 19:17 03.11.2022
  • Oxunma sayı: 159
Tahir Gözəl Qurban Qurbanovla görüşdü
"Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın düşərgəsini ziyarət edib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda Almaniyanın "Frayburq" komandasına qarşı keçirəcəkləri oyundan öncə baş məşqçi Qurban Qurbanovla görüşüb.
 
Tahir Gözəl tarixi qarşılaşma ərəfəsində 50 yaşlı mütəxəssisə və komandaya inandığını deyib. O, Ağdam təmsilçisinə uğurlar arzulayıb.
 
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu qarşılaşmaya saat 21:45-də start veriləcək.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"