22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ Avroliqa ilə vidalaşdı


  • Avroliqa
  • 00:03 04.11.2022
  • Oxunma sayı: 130
Qarabağ Avroliqa ilə vidalaşdı

Bu gün "Qarabağ” Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” komandası ilə üz-üzə gəlib.

Azərbaycan çempionu Almaniyada keçirilən ilk oyunda bu rəqibinə 1:2 hesabı ilə uduzmuşdu. Qurban Qurbanovun komandası həmin məğlubiyyətin təsadüf olduğunu sübut etməklə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmağı iddia edirdi.

Qrupun digər oyununda turnir cədvəlində “Qarabağ”dan bir xal geri qalan “Nant” Yunanıstanda “Olimpiakos”un qonağı olub. Avroliqanın pley-offuna çıxmaq üçün "köhlən atlar" Yunanıstandakı matçın nəticəsini gözləmədən “Frayburq”la görüşdən qələbə ilə ayrılmalıydı. Təəssüf ki, hər iki oyun arzulamadığımız nəticə ilə yekunlaşmayıb.  "Nant" səfərdə qələbə qazanıbsa, "Qarabağ" doğma meydanda 1 xalla kifayətlənib. Bu nəticələrdən sonra Fransa təmsilçisi qrup ikinciliyinə yüksəlibsə, "Qarabağ" üçüncü pilləyə düşüb. Beləliklə "Qarabağ" bununla mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
G qrupu
3 noyabr

Qarabağ - Frayburq 1:1
Qol: K.Ovusu, 90+1 - N.Petersen, 25-pen.
Qırmızı vərəqə: K.Medina, 62.
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Aleh Maslianka, Dmitri Dmitriyev (hamısı Belarus).
Bakı.T.Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Frayburq: 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Keytel, 18. Nils Petersen, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt.
Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 17. Lukas Kübler, 22. Roland Şallai, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. Çon U Yon, 32. Vinçentso Qrifo, 38. Mixael Qreqoriç, 42. Ritsu Doan.
Baş məşqçi: Kristian Ştrayx.

Xal: Frayburq – 14. Nant – 9. Qarabağ – 8. Olimpiakos – 2.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi