22 oktyabr 2024. Çərşənbə axşamı

Avroliqada qrup mərhələsinə yekun vuruldu


  • Avroliqa
  • 02:45 04.11.2022
  • Oxunma sayı: 141
Avroliqada qrup mərhələsinə yekun vuruldu

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu turda ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutub.

Türkiyə təmsilçilərindən "Fənərbaxça" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşıb və inamlı qələbə qazanıb. B qrupunun digər maçtında "Renn" doğma meydanda AEK-i (Larnaka) qəbul edib. Bu görüşdə isə qalib müəyyənləşməyib. "Fənərbaxça" qrup lideri bitiribsə, "Renn" ikinci yerlə kifayətlənib.

Türkiyənin digər komandası "Trabzonspor" doğma meydanda "Ferentsvaroş" üzərində minimal hesablı qələbə qazanıb. H qrupun digər matçında "Monako" doğma meydanda "Srvena Zvezda" üz-üzə gəlib və darmadağınla qalib gələrək qrup ikincisi olub. Türkiyə təmsilçisinin isə Avroliqa macərası başa çatıb.

İngiltərənin "Arsenal" klubu doğma meydanda İsveçrə "Sürix" ilə qarşılaşıb və minimal hesablı qələbə qazanıb. A qrupun digər matçında Niderland PSV-si səfərdə Norveç "Bodo Qlimt"i üzərində  çətin qələbə qazanıb.

İtaliya "Roma"sı doğma meydanda Bolqarıstan "Ludoqorets"ini qəbul edib və inamlı qələbəyə sevinib. C qrupun digər matçında İspaniya "Betis"i doğma meydanda Finlandiya HJK-si üzərində darmadağına sevinib.

İngiltərə "Mançester Yunayted"i səfərdə İspaniya "Real Sosyedad"ının qonağı olub və minimal hesablı qələbə qazanıb. E qrupun digər matçında Moldova "Şerif"i doğma meydanda Kipr "Omoniya"sına oxşar hesabla qalib gəlib.

Qrup mərhələsinin tamamında “Arsenal”, PSV, “Fənərbaxça”, “Renn”, “Betis”, “Roma”, “Yunion”, “Union Berlin”, “Real Sosyedad”, “Mançester Yunayted”, “Feyenoord”, “Midtyulland”, “Frayburq”, “Nant”, “Ferentvaroş” və “Monako” pley-offa vəsiqə qazanıb. Qruplarında üçüncü olan “Bodo Qlimt”, AEK (Larnaka), “Ludoqorets”, “Braqa”, “Şerif”, “Latsio”, “Qarabağ” və “Trabzonspor” isə mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
3 noyabr

A qrupu

Arsenal (İngiltərə) - Sürix (İsveçrə) 1:0
Qol: Tirni, 17.

Bodo Qlimt (Norveç) - PSV (Niderland) 1:2
Qol: Zuqel, 90+3 – Sampsted, 36-öz qapısına. Bakayoko, 52.

Xal: Arsenal – 15. PSV – 13. Bodo Qlimt – 4. Sürix – 3.

B qrupu

Dinamo (Kiyev, Ukrayna) - Fənərbaxça (Türkiyə) 0:2
Qol: A.Gülər, 23. Arao, 45+2.

Renn (Fransa) - AEK (Larnaka, Kipr) 1:1
Qol: Abline, 17 – R.Lopes, 76.

Xal: Fənərbaxça – 14. Renn – 12. AEK – 5. Dinamo – 1.

C qrupu

Roma (İtaliya) - Ludoqorets (Bolqarıstan) 3:1
Qol: Pelleqrini, 56-pen; 65-pen. Zaniolo, 85 – Rik, 41.

Betis (İspaniya) - HJK (Finlandiya) 3:0
Qol: Ruibal, 20; 40. Fekir, 90+3.

Xal: Betis – 16. Roma – 10. Ludoqorets – 7. HJK – 1.

D qrupu

Yunion (Belçika) – Union Berlin (Almaniya) 0:1
Qol: Mişel, 6.

Braqa (Portuqaliya) - Malmö (İsveç) 2:1
Qol: Horta, 36. Djalo, 55 – Seydu, 77.

Xal: Yunion – 13. Union Berlin – 12. Braqa – 10. Malmö – 0.

E qrupu

Real Sosyedad (İspaniya) - Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Qarnaço, 17.

Şerif (Moldova) - Omoniya (Kipr) 1:0
Qol: Akanbi, 88.

Xal: Real Sosyedad – 15. Mançester Yunayted – 15. Şerif – 6. Omoniya – 0.

F qrupu

Midtyulland (Danimarka) - Şturm (Avstriya) 2:0
Qol: Dreyer, 15; 72.

Feyenoord (Niderland) - Latsio (İtaliya) 1:0
Qol: S.Ximenes, 64.

Xal: Feyenoord – 8. Midtyulland – 8. Latsio – 8. Şturm – 8.

G qrupu

Qarabağ (Azərbaycan) - Frayburq (Almaniya) 1:1
Qol: K.Ovusu, 90+1 – N.Petersen, 25-pen.

Olimpiakos (Yunanıstan) - Nant (Fransa) 0:2
Qol: M.Məhəmməd, 79. L.Blas, 90.

Xal: Frayburq – 14. Nant – 9. Qarabağ – 8. Olimpiakos – 2.

H qrupu

Trabzonspor (Türkiyə) - Ferentsvaroş (Macarıstan) 1:0
Qol: Bakasetas, 7.

Monako (Fransa) - Srvena Zvezda (Serbiya) 4:1
Qol: Volland, 5; 27; 87. Rodiç, 50-öz qapısına. 

Xal: Ferentsvaroş – 10. Monako – 10. Trabzonspor – 9. Srvena Zvezda – 6.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi