21 mart 2026. Şənbə

Qarabağ'ın UEFA reytinqindəki mövqeyi açıqlandı


  • Avroliqa
  • 12:28 04.11.2022
  • Oxunma sayı: 211
Qarabağ'ın UEFA reytinqindəki mövqeyi açıqlandı
“Qarabağ” UEFA-nın klub reytinqindəki mövqeyi müəyyənləşib. Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu avrokubokların qrup mərhələsinin sonuncu - 6-cı turunun matçlarından sonra açıqlanan siyahıda 66-cı sırada yer alıb.
 
Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ı ilə 66-68-ci yerləri bölüşür.
 
Siyahıda Azərbaycanın daha 6 klubu yer alıb. “Neftçi” 9.000 xalla 152-ci pilləyə şərikdirsə, “Qəbələ” 4.000 xalla 297-ci sıranı bölüşdürür. “Şamaxı” 3.500 xalla 322-ci pilləyə şəriklərdən biridir. 
 
331-ci olan “Zirə”, “Sumqayıt” və “Səbail”in hesabında isə 3.225 xal var.
 
Cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir. Almaniyanın “Bayern” klubu ikinci (130.000), İngiltərə “Liverpul”u (123.000) üçüncüdür.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"