22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ - Avropada xal itirməyən yeganə komanda!


  • Avroliqa
  • 09:52 07.11.2022
  • Oxunma sayı: 144
Qarabağ - Avropada xal itirməyən yeganə komanda!
"Qarabağ" cari mövsümdə Avropada yerli liqalarda keçirdiyi bütün oyunlarda qələbə qazanan yeganə komandadır. Corner.az xəbər verir ki, "köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 12 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib.
 
Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
 
Son olaraq "Düdelanj" Lüksemburq çempionatının XI turunda "Svift Hesperange"yə 0:4 hesabı ilə yenilib. "Panatinaikos" isə Yunanıstan Super Liqasının XI turunda "Olimpiakos"la bərabərə qalıb - 1:1.
 
Qeyd edək ki, noyabrın 9-da oynanılacaq "Turan Tovuz" - "Qarabağ" qarşılaşması saat 14:30-da başlayacaq.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi